Sosial şəbəkədə biz:

Bakıda marşrut avtobusu dayanacaqda piyadanın üstünə çıxdı

14 July 2017, 13:54
Gündəm
Bakıda marşrut avtobusu ağır qəza törədib. Lent.az xəbər verir ki, dünən saat 20 radələrində Binəqədi rayonu ərazisində, Bakı-Şamaxı yolunun 9-cu kilometrliyində dayanacaqda Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi “İsuzu” markalı, 50 BD 389 dövlət nömrə nişanlı xətt avtobusunu arxaya verərkən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.