Sosial şəbəkədə biz:

Sabiq deputat mətbuata səsləndi - “Heç kim anama zəng vurmasın”

14 July 2017, 16:57
Gündəm
Sabiq millət vəkili Gülər Əhmədova qardaşı, ATV telekanalının aparıcı İlqar Mikayıloğlunun səhhətinə aydınlıq gətirib. AzNews.az xəbər verir ki, o, sosial şəbəkədə anasının İlqar Mikayıloğlunun səhhətindən xəbərsiz olduğunu bildirib: “Artıq dərəcədə xahiş edirəm, heç kim mənim anama zəng vurmasın. Heç nə soruşmasın. Evimizə getməyin. Sakit olun”. Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb. Onun vəziyyətinin ağır olduğu deyilir.