Sosial şəbəkədə biz:

Yayda balıq alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

16 July 2017, 22:04
Gündəm
Soyuq fəsillərdəki kimi olmasa da, yayda da balıq almaq istəyənlər var.
Yayda bazarlarda balıq satışı çox az olur. Lakin xüsusi balıq bazarlarında, çox diqqətlə saxlanılan balıqları tapmaq mümkündür. Balıq mütəxəssisləri deyir ki, istənilən yerdən balıq alarkən diqqətli olmaq lazımdır.
Açıq havada satılan balıqları qətiyyən almaq olmaz. Satış yerləri daimi olaraq baytar həkimlərin nəzarətində olmalıdır. Balıqlar yalnız buzun içərisində, sərin şəraitdə saxlanılmalıdır.
Amma balıq çox dondurulmuş vəziyyətdə saxlanıldıqda da keyfiyyətini itirir. Uzaq məsafədən gətirilən balıqları alarkən də diqqətli olmaq lazımdır.
Mütəxəssislər bu mövsümdə daha çox diri balıqların alınmasını məsləhət görür.