Sosial şəbəkədə biz:

Saakaşvili bu dəfə prokurorların üstünə düşdü -VIDEO

"Prokurorluq ukraynalıların ən az inandığı instansiyadır". Axar.az xəbər verir ki, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili rayon prokurorlarının fəaliyyətinə həsr olunmuş konfransda çıxışı zamanı deyib. “İnsanlar prokurorluğa qırmızı parçaya baxan öküz kimi yanaşırlar və onu yandırmağa çağırırlar. Görünür, rayon prokurorluğunun vətəndaşlara yanaşmasında problem var. Təəssüf ki, mən öz səlahiyyətlərinə düzgün yanaşa bilməyən bir neçə prokuror tanıyıram”, - Saakaşvili bildirib. Odessa qubernatoru rayon prokurorluğuna yeni komanda yığma çağırıb. Onun sözlərinə görə, bütün vicdanlı hüquqşünaslar prokurorluğa sənəd verməli və xüsusi komissiya isə ən layiqli namizədi seçməlidir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol