Sosial şəbəkədə biz:

46 saylı məktəbdə oğurluq

17 July 2017, 20:13
Gündəm
Bakıda məktəb direktorunun otağından oğurluq olub. “Report”un xəbərinə görə, hadisə keçən həftə, iyulun 11-də baş verib. Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 46 saylı məktəbdə direktor Sevinc Budaqovanın otağından 900 manat pul və sənəd olan pulqabısı oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.