Sosial şəbəkədə biz:

Ruhaninin qardaşı azadlığa buraxıldı – 8,3 milyona

18 July 2017, 10:46
Gündəm
Maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunan İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun girov qarşılığında azadlığa buraxılıb. Bu barədə Rusiya KİV xəbər verir. Məlumata əsasən ilkin olaraq girovun məbləği 500 milyard rial (13,3 milyon dollar) olub. Lakin sonda məhkəmə girovun məbləğinin 8,3 milyon dollara qədər azaldılmasına razılıq verib. Qeyd edək ki, Hüseyn Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.