Sosial şəbəkədə biz:

Rəsmi Ankaradan Kiprlə bağlı sərt bəyanat: "Bundan sonra başqa proseslər olacaq"

18 July 2017, 21:22
Gündəm
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kipr məsələsilə bağlı kəskin bəyanatlar verib. M. Çavuşoğlu Şərqi Aralıq dənizində yunan Kiprinin birtərəfli qaydada karbohidrogen fəaliyyəti ilə məşğul olmasının doğru olmadığını söyləyib. Çavuşoğlu Kipr adası ətrafındakı ehtiyatlarda türk xalqının da haqqının olduğunu bildirib: "Artıq bundan sonra Kiprdə başqa proseslər olacaq. Ömürboyu bu şəkildə bu proses belə davam edə bilməz"/Axar.az.