Sosial şəbəkədə biz:

“Zarafatlaşdıq...” - Görüş təəssüratı

20 July 2017, 11:52
Gündəm
Amerika prezidenti Donald Tramp rus həmkarı Vladimir Putinlə görüşündən danışıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, medianın "gizli görüş” adlandırdığı qeyri-rəsmi toplantıdan danışan Tramp görüşün təxminən 15 dəqiqə davam etdiyini bildirib. Onun sözlərinə görə, Putinlə mehriban danışıb, zarafatlaşıb, habelə övladlığa götürmə mövzusuna toxunublar. Qeyd edək ki, hər iki liderin qeyri-rəsmi görüşü G20 toplantısının şam yeməyi zamanı baş tutmuşdu.