Sosial şəbəkədə biz:

37 nəfəri gün vurdu

20 July 2017, 22:34
Gündəm
İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə bağlı müraciət edənlərin sayı 37 nəfər olub. Bunu Teleqraf.com-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. Onun sözlərinə görə, həmin şəxslərə tibbi yardım göstərib: “Onlardan 13 nəfəri xəstəxanaya yerləşdirilib və nəzarətdə saxlanılıb”. Rauf Nağıyev qeyd edib ki, insanlar günvurmadan qorunmaq üçün günorta vaxtlarında açıq havada gəzməməlidirlər.