Sosial şəbəkədə biz:

Mənzil verilən jurnalist CÜTLÜKLƏR

21 July 2017, 10:10
Gündəm
Jurnalistlər üçün tikilən binada mənzil verilən KİV nümayəndələrinin tam siyahısı açıqlanıb. Siyahıdan bəlli olur ki, mənzil alan jurnalistlər arasında cütlüklər də var. Modern.az onların siyahısını təqdim edir: Elçin Bayramlı, Lalə Mehralı – ikisi də müstəqil jurnalistdir. Əliəsgər Behbudlu, Sevda Behbudlu – bu evli cütlüklərdən ər müstəqil jurnalistdir. Sevda Behbudlu isə AzTV-nin əməkdaşıdır. Məğrur Əliyev, Fərəh Sabirqızı - ər “Kaspi” qəzetinin, xanımı isə CBC TV-nin əməkdaşıdır. Natiq Ağayev, Nəzakət Fərhadova – birinci ATV-nin, ikinci isə AzTV-nin jurnalistidir. İlham Rəfiyev, Nüşabə Hüseynova – müvafiq olaraq müstəqil jurnalist və “Space” TV-nin əməkdaşı. Asəf Quliyev, Kəmalə Quliyeva – müstəqil jurnalist, xanımı isə lent.az saytını əməkdaşıdır. Etibar Qurbanov, Fərqanə Qurbanova – hər ikisi “Space” TV-nin əməkdaşıdır. Kənan Məhəmmədov, Günay Məhərrəmova - ər Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin əməkdaşı, xanımı isə müstəqil jurnalistdir. Afət Məmmədov, Xuraman Məmmədova – ər “Xalq” qəzetinin, xanımı isə “İki sahil” qəzetinin əməkdaşıdır. Elməddin Muradlı, Xəyalə Muradlı - ər “Üç nöqtə” qəzetinin redaktoru, həyat yoldaşı isə lent.az saytının əməkdaşıdır. Ramin Nazıyev, Çimnaz Ağakişiyeva – hər ikisi İTV-nin əməkdaşıdır. Zahid Nurəliyev, Rəna Hacıyeva - ər teleqraf.com saytının redaktoru, xanımı isə müstəqil jurnalistdir. Qulu Ağsəs, Laura Quliyeva - ər “Ulduz” jurnalının baş redaktoru, xanımı isə müstəqil jurnalistdir.