Sosial şəbəkədə biz:

Fəhmin Hacıyev ürək əməliyyatı keçirdi - FOTOLAR

Sabiq komandanın səhhəti yenidən pisləşib Avqustun 10-da Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev Kiyevdə ürək əməliyyatı keçirib. Musavat.com xəbəri Fəhmin Hacıyevin ailə üzvlərindən alıb. Fəhmin Hacıyevin səhhəti avqustun 4-dən 5-nə keçən gecə qəflətən pisləmiş, infarkt keçirmişdi. Yaşadığı Kiyev şəhərinin xəstəxanalarından birində 3 gün reanimasiyada saxlandıqdan sonra durumu yaxşılaşan və palataya köçürülən F.Hacıyevin səhhəti ötən gün yenidən pisləşib, həkimlər onun təcili əməliyyat olunmasını məsləhət biliblər. Əməliyyat Kiyevin kardioloji klinikalarından birində keçirilib. Həkimlər əməliyyatın uğurla keçdiyini, durumun stabil olduğunu bildirir.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol