Sosial şəbəkədə biz:

Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - Fotolar + Video

25 July 2017, 11:17
Gündəm
Türkiyəli müğənni Kibariyənin Azərbaycanda kimin toyuna gəldiyi məlum olub.  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məclisin sahibi şəmkirli iş adamı Vəliyev Quludur. O, oğluna Şəmkirdə 4 gün, 4 gecə toy edib. Özəl günə Kibariyə ilə yanaşı, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur qrupu “Kabriol” və başqaları dəvət alıb. Toyun aparıcıları əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arif olub. Qeyd edək ki, Q. Vəliyev Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. O, qonşu ölkədə tanınan azərbaycanlı iş adamlarından biridir.