Sosial şəbəkədə biz:

“Lotu Quli”nin yeznəsi azadlığa çıxdı - Vaxtından əvvəl

25 July 2017, 16:16
Gündəm
Kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeznəsi olan və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynov azadlığa buraxılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən V.Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib. Onun müraciəti təmin edilib və qalan 3 aylıq cəzasını çəkmədən sərbəst buraxılıb. Qeyd edək ki, V.Hüsyenovun üzərindən 12,360 qram heroin aşkar edilib.