Sosial şəbəkədə biz:

Az bal yığdığına görə yoxa çıxan oğlan tapıldı

26 July 2017, 11:36
Gündəm
İtkin düşən neftçalalı abituriyent tapılıb. “ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, Bakıda qəbul imtahanında iştirak edəndən sonra itkin düşdüyü bildirilən Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu evlərinə dönüb. Onun atası Yaşar Əliyevin verdiyi məlumata görə, oğlu Bakıda dostlarının yanında olub, qəbul imtahanlarında az bal topladığı üçün evlərinə dönməyə utandığını bildirib.