Sosial şəbəkədə biz:

Vatikanın məşhur kardinalı uşaq təcavüzünə görə məhkəmədə

26 July 2017, 21:43
Gündəm
Vatikanın xəzinədarı avstraliyalı kardinal Georgi Pel cinsi təcavüz ittihamına görə məhkəməyə çıxarılıb.Axar.az xəbər verir ki, avstraliyalı kardinal 70-ci illərdə vəzifədə olarkən katolik kilsəsində uşaqlara cinsi təcavüz etdiyi iddiasını məhkəmədə rədd edib. 6 dəqiqə davam edən məhkəmə iclasında vəkil Ritçer kardinalın hər hansı bir açıqlama verməyəcəyini, bütün ittihamları qəbul etmədiyini və sahib olduğu məsumluğunu davam etdirəcəyini bildirib. Növbəti məhkəmə iclası 6 oktyabra təyin edilib. Qeyd edək ki, cinsi təcavüz qurbanları və onların yaxınları məhkəmə binası qarşısına toplanaraq kardinal Pelə etiraz edib.