Rusiyada pişik yetim kirpi balalarına analıq edir
Rusiyanın Vladivostok şəhərindəki zooparkda bədbəxt hadisədə ölmüş kirpinin səkkiz balasını pişik, südü ilə yedizdirərək, acından ölməkdən qurtarıb.
Muska adlı pişik, kirpi balalarını, onların anası ot biçən maşın altında öldükdən sonra, qəbul edib. Sadgorod zooparkının məlumatına görə, kirpi balaları şpris, şüşə və nəlbəkidə verilən süddən imtina ediblər. Bu yaxınlarda doğulmuş balalarını əmizdirdən Muskanın südü olub. Bu səbəbdən zoopark işçiləri kirpi balalarını pişiyə etibar etmək qərarına gələrək onları Muskanın yanında yerləşdiriblər. Aclıq çəkən körpə kirpilər pişiyin isti bədəninə müsbət reaksiya verərək südünü əmməyə başlayıblar. Xoşxasiyyətli pişik kirpi balalarına bir həftədən artıq südünü verib, gecələr gözü onların üstündə olub, Rusiyanın Vesti televiziya proqamı xəbər verib. Kirpi balaları artıq özləri sərbəst yemlənirlər, amma Muskanın gözü hələ də onların üstündədir. Zooparkın Instagram səfisəndə paylaşılmış şəkildə yemləndikdən sonra mürgüləyən kirpi balasının görünüşü işlərin qaydasında olduğunu təsdiqləyir.