Sosial şəbəkədə biz:

Azərbaycanda yeni səfirlik açılır

27 July 2017, 11:17
Gündəm
Azərbaycanda yaxın zamanlarda Kosta-Rika səfirliyi açılacaq. “Report”un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfirliyin açılması avqustun ortalarında gözlənilir. Bununla əlaqədar yaxın günlərdə Kosta-Rikanın Azərbaycanda müvəqqəti işlər vəkili Hayro Fransisko Lopes Bolanos (Jairo Francisco Lopez Bolanos) Bakıya gələrək səfirlik üçün müvafiq yerin axtarışı və digər inzibati məsələlərlə məşğul olacaq.