Sosial şəbəkədə biz:

Bakıda yol polisinin iştirakı ilə ağır qəza: 9 yaralı

Bakıda yol polisi maşını sərnişin avtobusu ilə toqquşub. Avtosfer.az milli.az-a istinadən xəbər veri ki, Nəsimi rayonu Vaqif və C.Hacıbəyli küçələrinin kəsişməsində 28 yaşlı, Yol Patrul Xidmətinin əməkdaşı Rüfət Ağayevin idarə etdiyi BMW markalı maşın Mərahim Şahbazovun idarə etdiyi 17 saylı sərnişin daşıyan avtobusla toqquşub. Qəza zamanı polis kiçik serjantı R.Ağayev ağır xəsarətlə DİN-in hospitalına yerləşdirilib. Avtobusun sürücüsü M.Şahbazov, sərnişinlər - 57 yaşlı Zərifə Yahyayeva, 50 yaşlı Aybəniz Bəkirova, 28 yaşlı İlahə İdrisova, 47 yaşlı Elmina Sarıyeva, 49 yaşlı Novruz Məmmədov, 24 yaşlı Mövlan Səlimzadə, 22 yaşlı Orxan Ağazadə xəsarət alıblar. Araşdırma aparılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol