Sosial şəbəkədə biz:

"Rabitə işi" başa çatdı: azadlığa buraxılanlar və cəza alanlar - SİYAHI + FOTOLAR

27 July 2017, 13:59
Gündəm
Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) sabiq baş mühasibi Anar Mustafayev 5 il müddətinə azadlıqdan məhrum edilib. "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. "Azərpoçt"un sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib. “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərova 5 il 5 ay müddətinə şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb. "Aztelekom"un sabiq baş direktoru Məhəmməd Məmmədov 5 il 3 ay azadlıqdan məhrum edilib. Şərti cəza təyin edilərək azadlığa buraxılıb. “Təmir-Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev 5 il 5 ay azadlıqdan məhrum edilib. Şərti cəza təyin edilməklə məhkəmə zalından azadlıqdan məhrum edilib. "Aztelekom"un sabiq baş mühasibi Oqtay Rüstəmov 5 il 6 ay cəza təyin edilib. Şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb. “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov 5 il 6 ay cəza təyin edilib. Şərti cəza təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıb.