Sosial şəbəkədə biz:

Deputat-oliqarxın fabrikindəki partlayışda ölən və yaralananların adları açıqlandı

27 July 2017, 14:48
Gündəm
Lerik rayonundakı broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub. APA-nın verdiyi məlumata görə, hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.