Sosial şəbəkədə biz:

“Biz səbirliyik, lakin hansısa məqamda cavab verməli olacağıq”

27 July 2017, 22:34
Gündəm
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasibət bildirib. APA-nın verdiyi məlumata görə, o bildirib ki, Rusiyanın cavabı qanun layihəsinin yekun variantından asılı olacaq. “Biz özümüzü çox səbrli aparırıq, lakin hansısa məqamda cavab verməli olacağıq. Ölkəmizə qarşı hansısa tərbiyəsizliyə daim dözmək olmur”, - deyə o vurğulayıb. Putin qeyd edib ki, ABŞ-ın nəzərdən keçirdiyi qanun layihəsi rəqabət mübarizəsində geosiyasi üstünlüklərdən yararlanmaq cəhdidir. O vurğulayıb ki, Rusiya-ABŞ münasibətləri ABŞ-ın daxili məsələlərinə qurban verilir.