Sosial şəbəkədə biz:

Əhməd Əhmədov Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

28 July 2017, 21:59
Gündəm
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. Naxcivantv.az-ın məlumatına görə, sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Əhməd Hüseyn oğlu Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin". Azinforum.az