Sosial şəbəkədə biz:

Lamiyə işdən çıxmağından danışdı - “Düşmənlərim çox imiş…”

29 July 2017, 10:43
Gündəm
Teleaparıcı Lamiyə Ələkbərova Lider TV-də vəzifəsindən azad olunması barədə yayılan xəbərlərə münasibət bildirib.  “Qafqazinfo” xəbər verir ki, L. Ələkbərova rəsmi instaqram səhifəsində paylaşım edərək yayılan xəbərləri təkizb edib: “Diqqətiniz məndə olsun. İki gündür ki, susub sizə baxıram. Yazılanları oxuyuram, təəccüblənirəm. Mətbuatda nə baş verir? Reytinq naminə bu qədər şər-böhtan atmaq olar? Sosial şəbəkələrdə ağzına gələni yazıb məni nüfuzdan salmaq istəyənlər, sizə sürprizim olacaq. Ədalətli hüquq-mühafizə orqanları var, qanun qarşısında cavab verəcəksiz. Nəzərinizə çatdırım ki, mən məzuniyyətdəyəm. Düşmənlərim yaman çox imiş, Allah ürəyinizə görə versin”.