Sosial şəbəkədə biz:

Bakıda 8 il cəza alan erməni narazıdır

29 July 2017, 12:26
Gündəm
Bakıda cəza alan erməni narazıdır. 8 il cəza alan Marat Ueldanov apellyasiya şikayəti verib. Musavat.com xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, erməni əsilli Marat Ueldanovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Rusiya vətəndaşı M.Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Amma Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb. Ueldanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verib. İş icraata qəbul edilib. İlkin baxış iclası avqustun 4-nə təyin edilib. Məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə baş tutacaq.