Sosial şəbəkədə biz:

Azərbaycana içki idxalı 24% artıb

29 July 2017, 17:30
Gündəm
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 10,152 mln. ABŞ dolları məbləğində spirtli və spirtsiz içkilər ixrac edilib. Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,569 mln. dollar və yaxud 16,2% çoxdur. Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,2%-ni təşkil edib. 2017-ci ilin ilk 6 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 29,413 mln. dollar olub. Bu isə 1 il əvvələ nisbətən 5.687 mln. dollar və yaxud 24% çoxdur. Spirtli və spirtsiz içkilər ölkənin ümumi idxalında 0,9%-lik paya malik olub.