Sosial şəbəkədə biz:

ABŞ-ın Bakıdakı səfirliyi qarşısında insident - “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb

31 July 2017, 10:21
Gündəm
ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib. APA-nın məlumatına görə, naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb. Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb.