Sosial şəbəkədə biz:

Şəmkirdə dəbdəbəli toyu olan bəy danışdı: “Harınlamış uşaq deyiləm”

01 August 2017, 08:55
Gündəm
Xəbər verdiyimiz kimi, Şəmkirdə daha bir səs-küylü toy mərasimi keçirilib. Azinforum.az  Baku.ws-ə istinadən məlumatına görə, həmin dəbdəbəli toyun bəyi Natiq Musayev onun haqqında yazılanlara münasibət bildirib: "Burada nə var ki?! Mustafa (türk müğənni Mustafa Ceceli) toyuma gəlib də... Dəbdəbəli yox, normal toy idi. Mətbuatda şişirdilib yazılır. Mən hər gün saat 6-da durub işə gedirəm. Əziyyət çəkib pul qazanıram. Harınlamış uşaq deyiləm”. O, Mustafa Cecelinin əmisi tərəfindən toya hədiyyə edilməsi iddiası haqda da danışıb: "Atamla əmim mənim üçün eyni adamlardır. Atam, mən və əmim bir yerdə işləyirik”.