Ermənistanda yezidilərin yas mərasimi gülləbaran edildi
Ermənistanda naməlum şəxs matəm mərasiminin iştirakçılarına atəş açıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə Araqatsotnski vilayətində baş verib. Vilayətin Şamiram kəndindəki matəm mərasiminə atəş açılması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Adıçəkilən kənddə yezidlər məskunlaşıb. Hadisənin səbəbləri araşdırılır.
Musavat.com