Sosial şəbəkədə biz:

Prezidentin ailəsində əlamətdar gün - Heydər Əliyev 20 yaşını qeyd edir

03 August 2017, 10:01
Gündəm
Üç avqust Azərbaycan prezidenti İlham Əliyevin ailəsində əlamətdar gündür.  “Qafqazinfo” xəbər verir ki, dövlət  başçısının üçüncü övladı, Azərbaycanın ümummilli liderinin adını daşıyan Heydər Əliyevin doğum günü və yubileyidir. Belə ki, Heydər Əliyev 20 yaşını qeyd edir. Qeyd edək ki, o, 1997-ci ilin 3 avqustunda Bakı şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Diplomatiya Akademiyasına qəbul olan Heydər Əliyev Beynəlxalq Münasibətlər ixtisasında təhsilini davam etdirir. “Qafqazinfo” Heydər Əliyevlə bağlı maraqlı məqamları təqdim edir.