Sosial şəbəkədə biz:

Məhkəmədən çıxan qadın pilləkəndən yıxılıb öldü

03 August 2017, 11:41
Gündəm
Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılması nəticəsində ölüb. “Report” xəbər verir ki, hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib. Belə ki, rayonun Əliqasımlı kənd sakini, 1937-ci il təvəllüdlü Şüküfə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb. Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı elə oradaca dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.