Azərbaycanın voleybol yığmasının sabiq baş məşqçisi dünyasını dəyişdi
Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığma komandasının sabiq baş məşqçisi Aleksandr Çervyakov 60 yaşında dünyasını dəyişib.
Virtualaz.org xatırladır ki, Aleksandr Çervyakov təkcə "Azərreyl" və "Azəryol" klublarına yox, 2013-cü ildə həm də Azərbaycan yığmasına rəhbərlik edib.
Onun işlədiyi son komanda isə İsrailin Hayfadan olan "Makkabi" klubu idi.