Sosial şəbəkədə biz:

Azərbaycanda şor bahalaşdı - 9 manat 30 qəpikdir

04 August 2017, 14:49
Gündəm
Bakının iri mağazalar şəbəkələrində şorun qiyməti bahalaşıb. AzNews.az-a daxil olan məlumata görə, hazırda Bakıda satışda olan şorun 1 kloqramının qiyməti 3 manat 84 qəpiklə 9 manat 30 qəpik arasındadır. Məşhur "İvanovka" mağazalarında 400 qramlıq qablaşdırmada satışa çıxarılan adi şorun qiyməti 1 manat 80 qəpikdir. Bundan əvvəl isə həmin çəkidə qablaşdırılmış şorun qiyməti 1.65 manat olub. Amma, yağlı və tərkibinə çörək otu qatılan şorun qiyməti isə 9 manat 30 qəpikdir. “Army” marketlər şəbəkəində isə adi şorun 1 kloqramı 3 manat 64 qəpiyə satılır.