Sosial şəbəkədə biz:

Azərbaycanda qızmar istilər olacaq – Xəbərdarlıq

04 August 2017, 14:59
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda havanın temperaturunun qalxacağı haqda xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında avqustun 05-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39,  bəzi günlərdə 41 dərəcə isti olacaq: "Azərbaycanın rayonlarında avqustun 05-dən birinci ongünlüyün sonunadək hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun  35-40, bəzi günlərdə Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarında 43, dağlıq rayonlarda  isə  29-34 dərəcə isti olacağı gözlənilir".