Sosial şəbəkədə biz:

“Qarabağ” ilk oyunu Bakıda avqustun 15-də keçirəcək

04 August 2017, 18:47
Gündəm
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyunların dəqiq vaxtı açıqlanıb. UEFA-nın saytında verilmiş məlumata görə, Bakıdakı ilk qarşılaşma avqustun 15-də keçiriləcək. Komandalar arasındakı cavab matçı isə ayın 23-də Kopenhagendə baş tutacaq. Qeyd edək ki, oyunların saatı hələ açıqlanmayıb. 15 və 23 avqust “Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) APOEL (Kipr) - “Slaviya” (Çexiya) “Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə) “Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya) “Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya) 16 və 22 avqust “Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya) “Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan) “Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya) “Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya) “Napoli” (İtaliya) - “Nitsa” (Fransa)