Sosial şəbəkədə biz:

Qubada dəhşətli qəza - Maşın dərəyə aşdı, ölən və yaralanan var - VİDEO

04 August 2017, 19:10
Gündəm
Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. ARB TV xəbər verir ki, hadisə Afurca kəndi ərazisində baş verib. İstirahət məqsədilə Qubaya gələn Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Vüsal Səmədovun idarə etdiyi "Mitsubişi" markalı maşın hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sərnişin Samir adlı şəxs dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Fakt araşdırılır.