Sosial şəbəkədə biz:

Rusiya və Türkiyə xarici işlər nazirləri Manilada görüşdülər

06 August 2017, 13:56
Gündəm
Bu gün Manilada Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib. APA-nın verdiyi məlumata görə, ASEAN forumu çərçivəsində S. Lavrov və M. Çavuşoğlu arasında keçirilən görüşdə Suriya böhranı və iki ölkə arasındakı əlaqələr müzakirə olunub. Türkiyə Xarici İşlər Nazirliyi görüşdə iki ölkə arasında ticarət əlaqələri və viza məsələlərinin də müzakirə olunduğunu açıqlayıb.