Bu barədə Modern.az-a FHN-nin mətbuat ximdətinin rəhbəri Oqtay Bayramov məlumat verib. O, sakinlər üçün 30 çadır quraşdırıldığını bildirib. Qeyd edək ki, yanğın avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. İlkin araşdırma zamanı yanğının yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başladığı məlum olub. Hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb.