Sosial şəbəkədə biz:

Ukraynalı müğənni konsert zamanı öldü

06 August 2017, 21:28
Gündəm

Məşhur ukraynalı musiqiçi və rəssam, “Ivan Blues & Friends” qrupunun solisti İvan Denisenko Estoniyada festivalda çıxış zamanı ölüb.

“Ivan Blues & Friends” qrupunun ilk konserti 31 dekabr 2007-ci ildə Kiyevdə “Rag-Time” barında keçirilib. Bundan sonra qrup müntəzəm olaraq Ukraynada klub və konsert zallarında çıxış etməyə başlayıb. “Ivan Blues & Friends” qrupunun solisti İvan Denisenko Ukraynada görkəmli mədəniyyət xadimi, musiqiçi və rəssam kimi məşhurlaşıb. (APA)