Sosial şəbəkədə biz:

Azərbaycanda daha bir "məmur oğlu" qalmaqalı - Avtomobili ilə uşaq vurdu

07 August 2017, 09:44
Gündəm

Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı uşağı maşın vurub.

Azinforum.az apa-ya istinadən xəbər verir ki, hadisə Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu "Mitsubishi” markalı avtomobil vurub.
Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Fakt araşdırılır.
Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov, hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib