Sosial şəbəkədə biz:

Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı 600-dən 900-ə qaldırılıb

07 August 2017, 11:55
Gündəm
Bu il Azərbaycandan Həcc ziyarətinə 600 deyil, 900 nəfər gedəcək. Qafqaz Müsəlmanları İdarəsindən "Report"a verilən məlumata görə, 600 nəfərlik kvota müəyyənləşdirilsə də, sonradan siyahıya 300 nəfər də əlavə olunub. Bu isə kvotanın 50 faiz artırılıması deməkdir. Bu il Həcc ziyarəti üçün 3850 dollar məbləğ müəyyənləşdirilib. Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.