Sosial şəbəkədə biz:

“AA” seriyalı “Lexus” Bakıda ağır qəza törətdi

07 August 2017, 12:53
Gündəm
Paytaxtda ağır yol qəzası baş verib.Lent.az bildirir ki, Xəzər rayonu ərazisində – dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı “Lexus” yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, qəzanı törədən avtomobil özəl şirkətlərdən birinə məxsusdur.