Sosial şəbəkədə biz:

5 günlük nəvəsini öldürən nənə tutuldu - DİN məlumat yaydı

07 August 2017, 15:32
Gündəm
Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda nənənin nəvəsini öldürməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən istintaq və əməliyyat tədbirləri nəticəsində bu il iyulun 30-da Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyevin 5 günlük qızını su quyusuna atmaqda şübhəli bilinən Ş.Nuriyevin anası Atifə Nuriyeva tutulub.