Sosial şəbəkədə biz:

Qurban bayramında 4 gün iş olmayacaq

08 August 2017, 12:49
Gündəm
Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq. Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.