Sosial şəbəkədə biz:

Yol polisi ilə daha bir insident - Video

08 August 2017, 15:16
Gündəm
İsmayıllı-Qəbələ yolunda Dövlət Yol Polisinin əməkdaşı ilə sürücü arasında mübahisə düşüb.  “ Azinforum.az ” xəbər verir ki, baku.ws-in redaksiyasına göndərilən videodan görünür ki, Yol Polis Xidmətinin əməkdaşı sürücü çəkiliş apararkən kamerasına vurub. Məlumata görə, sürücü iddia edir ki, YPX-in əməkdaşı onları düz yolda ötmə əməliyyatı etdiklərinə görə saxlayıb. Onlar inspektordan qayda pozduqlarını sübut etməsini istəyiblər. Sürücünün sənədlərini polisə verməməsi inspektoru əsəbiləşdirib. O, çəkiliş zamanı kameranı vurub.