Sosial şəbəkədə biz:

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə yenə od vurdular

09 August 2017, 09:44
Gündəm
Ermənilər Ağdamın işğal altında olan ərazilərinə növbəti dəfə od vurublar. APA-nın xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin hərbçiləri rayonun Baş Qərvənd kəndinə od vurublar. Məlumata görə, alov kənddəki ağacların və tikililərin yanmasına səbəb olub. Kəndin yanması cəbhəyanı kəndlərdən açıq-aydın müşahidə olunur.