Sosial şəbəkədə biz:

Ali məktəblərə qəbulla bağlı müsabiqənin nəticələri bu gün elan olunacaq

11 August 2017, 16:52
Gündəm
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib. DİM-dən APA-ya verilən xəbərə görə, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur. Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.