Sosial şəbəkədə biz:

"Qarabağ" – “Kopenhagen” matçının biletlər satışa çıxıb

12 August 2017, 11:57
Gündəm

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxıb.

 Ağdam klubunun rəsmi saytı xəbərə görə, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər. Qeyd edək ki, "Qarabağ" – “Kopenhagen" matçı avqustun 15-i saat 20:00-da start götürəcək. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir. 1-5 və 24-27 nömrəli sektorlar - 1 AZN 6-8 və 21-23 nömrəli sektorlar - 2 AZN 9, 10 və 19, 20 nömrəli sektorlar – 3 AZN 11, 12 və 17, 18 nömrəli sektorlar - 5AZN 13 - 16 və 29, 38 nömrəli sektorlar 10 AZN VİP - 50 AZN