Sosial şəbəkədə biz:

Dubaydan 1.7 milyon dollar gətirən Azərbaycan vətəndaşı Şeremetyevoda tutuldu

Moskvanın Şeremetyevo aeroportunun gömrük xidməti Rusiyaya qanunsuz yolla 1,7 milyon dollar nağd pul gətirən Azərbaycan vətəndaşını saxlayıb. Virtualaz.org saytı xəbər verir ki, məlumatı Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti yayıb. Aeroportun enmə zalının “qırmızı dəhlizi”ində gömrük əməkdaşı Dubaydan gələn sərnişini saxlayıb. Sərnişin gömrük müfəttişinə üzərində 1 milyon 1 min 300 dollar nağd pulun olduğuna dair bəyannamə təqdim edib. Lakin pul sayılanda məlum olub ki, məbləğ 1 milyon 701 min 300 dollardır. Beləliklə, gömrükdə bəyan edilməyən məbləğ 700 min dollardan çox olub ki, bu da gömrük qanunvericiliyində göstərilmiş normadan beş dəfə çoxdur. Azərbaycan vətəndaşı olan həmin sərnişinə qarşı cinayət işinin qaldırılması məsələsinə baxılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol