Sosial şəbəkədə biz:

Atatürkün əmanətini ABŞ-a satdılar

14 August 2017, 11:25
Gündəm
Türkiyədə Atatürk Meşə Təsərrüfatı ərazisində yerləşən 37 min kvadratmetrlik sahə yeni səfirlik binasının tikilməsi üçün ABŞ-a satılıb. “Sözcü” xəbər verir ki, hazırda ərazidə tikinti-təmir işləri aparılır. Memarlar İttifaqının Ankara Şöbəsi satış protokolunu istəsə də “kommersiya sirri” deyilərək rədd edilib. Qeyd edək ki, Atatürk Meşə Təsərrüfatı 1925-ci ildə Mustafa Kamal Atatürkün göstərişilə yaradılıb. Ferma 1937-də Atatürk tərəfindən türk millətinə əmanət edilərək xəzinəyə bağışlanıb. Ərazi 1950-ci ildən sonra müxtəlif qurumlara satılıb. (AzVision.az)