Sosial şəbəkədə biz:

Üçüncü ixtisas qrupuna 8 min 901 gənc qəbul edilib – Plan 91 faiz dolub

14 August 2017, 20:40
Gündəm
2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə (birinci mərhələdən sonra) III ixtisas qrupu üzrə 8 min 901 gənc qəbul edilib. Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin gənclərdən 8 min 205 nəfəri Azərbaycan bölməsinə, 696 nəfəri isə rus bölməsinə qəbul olunub. Plan yeri 91,34 faiz dolub.